Azərbaycan, Rusiya və Türkiyə QHT-ləri bir arada

azerbaycan-rusiya-ve-turkiye-qht-leri-bir-arada
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın təşkili ilə bağlı müddəa bu gün Şura və İctimai Palata arasında imzalanmış memorandumda öz əksini tapıb. Tərəflər Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov və Türkiyə millət vəkili, Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safinin başçılıq etdiyi nümayəndə heyətlərilə təmsil olunublar.

Üç ölkə QHT-lərinin regional və beynəlxalq əməkdaşlığın reallaşdırılması və təşkilati-texniki təminatı üçün konkret təkliflər paketinin işlənib hazırlanması barədə razılıq əldə olunub. Gələcək fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də təşkilati məsələlərin həll edilməsi üçün işçi qrup yaradılıb. Növbəti üçtərəfli görüşün Moskvada keçirilməsi təklif edilib.