Azərbaycan Rusiyadan 100 tank aldı

azerbaycan-rusiyadan-100-tank-aldi
Oxunma sayı: 3368


Rusiya Azərbaycana 100 ədəd T-90C tankı satıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, eyni həcmdə daha bir partiya tankın da satışı gözlənilir. Bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Konstantin Biryulin məlumat verib. Onun sözlərinə görə, 100 ədəd tankın təhvili ötən ay başa çatıb. Biryulin bildirib ki, növbəti 100 tankın təhvil verilməsi gözlənilsə də hələ ki, bununla bağlı rəsmi saziş bağlanmayıb. 

Onun sözlərinə görə, Azərbaycan tərəfinə T-90C tanklarının satışı ilə bağlı  Moskva və Bakı arasında hələ 2011-ci ildə saziş imzalanıb. Biryulin əlavə edib ki, brotexnikanın təhvilinin daha əvvəl başa çatması nəzərdə tutulsa da Azərbaycan tərəfinin ödənişi gecikdirməsi səbəbindən müddət uzandı. Bundan başqa, Mi-171 və Mi-35 helikopterlərinin də satışı nəzərdə tutulub.