Azərbaycan Rusiyaya ət və süd ixrac edir

azerbaycan-rusiyaya-et-ve-sud-ixrac-edir
Oxunma sayı: 640

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycan Respublikasında istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracının genişləndirilməsi istiqamətində tədbirlər görülür.

İqtisadiuyyat Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.

Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb. 

Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.