Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

azerbaycan-rusiyaya-qaz-ixracini-dayandirdi
Oxunma sayı: 2187


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Qazprom”dan yanvarın 13-dən etibarən  texniki səbəblər əsas gətirilərək qaz verilməsinin dayandırıldığı və nə zaman bərpa ediləcəyinin isə məlum olmadığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Rusiyaya sutka ərzində 3 milyon kubmetr qaz ixrac edirdi. Azərbaycan Rusiyaya ixrac edilən təbii qazın ümumi həcmi isə, ilkin məlumatlara görə, 2013-cü ildə 31,5 faizə düşərək 1,37 milyard kubmetr təşkil etmişdi. 

Xatırladaq ki, “Qazprom” və ARDNŞ 2009-cu ildə Azərbaycan qazının alqı-satqısı ilə bağlı saziş imzalamışdılar.