Azərbaycan şairi Polşada

azerbaycan-sairi-polsada-
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, bu tədbirdə Azərbaycan şairi, tərcüməçi “Çağdaş polyak poeziya antologiyası” kitabının müəlliflərindən olan Rəfail Tağızadə də iştirak edib. Səfər çərçivəsində Polşa Ədəbiyyat İnstitutunda, Mədəniyyət və Milli İrs Nazirliyində, Varşava Universitetində olub və həmçinin Polşa PEN klubunun prezidenti Adam Pomorsk, Varşavadakı Adam Miskeviç adına Ədəbiyyat Muzeyinin Direktoru Ph.D Yaroslav Kleynosk, “Siyena” Mədəniyyət Mərkəzinin Direktoru cənab Kşiştof Çjevski, Krakovdakı Kitab İnstitutunun rəhbərliyi və Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənovla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişafı, bədii əsərlərin tərcüməsi və nəşri, əbədi mübadilənin aparılması müzakirə edilib.