“Azərbaycan San Marino və ya Lixtenşteyn deyil” - “Real”ın yarımmüdafiəçisi

azerbaycan-san-marino-ve-ya-lixtensteyn-deyil-
Oxunma sayı: 3059

Almaniya millisinin futbolçusu Toni Kroos Azərbaycan yığmasına qarşı martın 26-da keçirəcəkləri rəsmi oyundan öncə açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi qarşılaşmanın o qədər də asan keçməyəcəyini bildirib.

Kroos Bakı səfərindən 3 xalla qayıtmaq istədiklərini bildirib: “Uzun yol həmişə xoşagəlməz və yorucu olur. Xəzər dənizi sahillərinə səfər də bunlardan biridir. Amma biz ora daha yüksək motivasiyada yollanmalıyıq. Çünki qalib gəlmək istəyirik. Bazarertəsi Frankfurt aerportuna 3 xalla dönməliyik. Azərbaycan San Marino və ya Lixteynşetyn deyil. Onların daha güclü olduqlarını düşünürəm”.