Azərbaycan saxta diplomu olan şəxslərin sayı açıqlandı

azerbaycan-saxta-diplomu-olan-sexslerin-sayi-aciqlandi
Oxunma sayı: 695

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, TQDK sədri Məleykə Abbaszadə keçirilən tədbirdə bildirib ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın "qara baza"sına düşsə də, onların əlində diplom var.

Hazırda ölkə Prezidentinin sərəncamı ilə TQDK tərəfindən hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 978 226 nəfər haqqında məlumat var. Onlardan 615 582 nəfər tələbə adını qazanıb.

Abbaszadə hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq.

"Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil olacaq", -TQDK sədri əlavə edib.