Azərbaycan şərabları mükafata layiq görülüb

azerbaycan-serablari-mukafata-layiq-gorulub
Oxunma sayı: 3173

Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində mükafatlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışın”da iştirak ediblər. Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.