Azərbaycan sərhədçiləri 3 hindistanlını saxlayıb

Azərbaycan sərhədçiləri 3 hindistanlını saxlayıb
Oxunma sayı: 800

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib. 

"Qafqazinfo" xəbər verir ki, dekabrın 15-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı -  1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü Shukla Yash Jitendrakumar saxlanılıblar. Fakt üzrə keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş tak­si  sürücüsü və  bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçiril­mə­si­nə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyən­ləşdirilərək ya­xa­lanıb.

Dekabrın 17-də isə Ağstafa rayonu «Böyük-Kəsik» sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindis­tan vətəndaşı 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus  pasportlar aşkar olunub. Aparılan araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyən­ləşdirilib.

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi