Azərbaycan sərhədində silahlı insident

Azərbaycan sərhədində silahlı insident
Oxunma sayı: 68

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, Qusar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi