“Azərbaycan seyrci mövqe tutmamalıdır”

azerbaycan-seyrci-movqe-tutmamalidir
Oxunma sayı: 655

Gölün qurudulmasına səbəb kimi, İran hökumətinin gölə gələn çayların qarşısında bəndlərin tikilməsi, həmçinin gölün ortasından yol çəkilməsi göstərilir. Gölə əlavə kanalların çəkilməsi ilə bağlı Cənubi Azərbaycanlı millət vəkillərinin təşəbbüsü ilə hazırlanmış layihə isə bu yaxınlarda İran parlamentində rədd olunub. Ekoloqlar hesab edirlər ki, gölün quruması regiondan ekoloji fəlakətə, həmçinin duz küləklərinə və duz yağışlarına səbəb ola bilər”. Bu fikirlər Respublikaçı Alternativ Hərəkatının (REAL) yaydığı açıqlamadadır. “Qafqazinfo”nun məlumatına görə, açıqlamada bildirilir ki, İran hökumətinin ekoloji problemə etinasız yanaşması, həmçinin Urmu gölünün qurumasına diqqəti cəlb etmək inlanların dinc aksiyalarına müdaxiləsi Urmu və Təbrizdə siyasi ehtirasları daha da artırmaqdadır: “Ekoloji tələblərlə küçələrə axışan soydaşlarımız həmçinin “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarları səsləndirirlər. Ötən həftə nümayişlərin qarşısını almaq üçün İran hökuməti Urmu və Təbriz şəhərlərinə çoxlu polis və ordu birləşmələri yeridiblər, çoxlu sayda azərbaycanlı fəal həbs olunub.

Güney Azərbaycan şəhərlərindəki bu nümayişlər oradakı soydaşlarımızın haqqıdır və onlarla həmrəy olduğunu bildiririk. Həmçinin ətraf mühütin müdafiəsinə qalxan insanlara qarşı zor tətbiq edən və həbslərə əl atan İran hökumətinin addımlarını pisləyirik. Belə görünür ki, İran hökuməti yaxın ətrafda başqa müsəlman xalqlarının sosial və siyasi haqqlar üçün oyanışından və baş verən dəyişikliklərdən heç bir nəticə çıxarmayıb, ölkədə yaşayan başqa xalqların hər cür hüquqlarının məhdudlaşdırmaqda davam edir. İran hökuməti anlamalıdır ki, imperialist düşüncə tərzi və başqa xalqalrın zorən əridilməsi siyasəti 20-ci əsrdə qalıb və iflasa uğrayıb. Artıq ətrafdakı başqa müsəlman xalqları demokratik dəyərlərə söykənərək yeni dəyişikliklərə imza atmaqdadır.

Düşünürük ki, Azərbaycan Respublikasının hökuməti, parlament üzvləri, ziyalıları və vətəndaş cəmiyyəti Cənubi Azərbaycanda baş verənlərə seyrci mövqe tutmamalıdır. Bu baxımdan Bakıda İran səfirliyi qarşısında təşkil olunan etiraz aksiyalarını dəstəkləyirik. Əksəriyyəti hökumətin nəzarətində olan elektron media quruluşlarını Cənubi Azərbaycan şəhərlərindəki baş verənlərə diqqəti artırmağa çağırırıq. Həmçinin Azərbaycan Respublikası hökuməti yalnız burada yaşayan 9 milyonun deyil dünyadan yaşayan 40 milyondan çox azərbaycanılın mənəvi təmsilçisi olduğunu anlamalıdır.

Biz həmçinin beynəlxalq təşkilatları, inkişaf etmiş demokratik ölkələrin hökumətlərini, insan haqqları təşkilatlarını və dünya mediasını Güney Azərbaycanda baş verənlərə diqqət ayırmağa, dinc aksiyaları müdafiə etməyə səsləyirik”.