Azərbaycan – Şimali İrlandiya matçının biletləri satışda

azerbaycan-simali-irlandiya-matcinin-biletleri-satisda
Oxunma sayı: 638

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, biletlərin qiyməti 20-25 funt-sterlinqdir (təxminən 25-30 avro).

Uşaqlar üçün isə qiymətlər bir qədər aşağıdır. Məsələn, 16 yaşadək uşaqlar və ailələr üçün 12,50 funt-sterlinqə (15 avro) də bilet tapmaq mümkündü.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək. “Vindzor Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.