Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirildi

azerbaycan-simali-irlandiya-oyununun-stadionu-deyisdirildi
Oxunma sayı: 643

2018-i ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, millimiz evdə son rəsmi oyununu - martın 26-da Almaniya yığmasna 1:4 hesabı ilə yenildiyi qarşılaşmanı da mərkəzi arenamızda keçirib.