Azərbaycan şirkəti UNİCEF-lə birgə çalışacaq

azerbaycan-sirketi-unicef-le-birge-calisacaq-
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bu gün bununla əlaqədar müqavilə imzalanıb.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervardın sözlərinə görə, təklif edilmiş tərəfdaşlığın bir hissəsi olaraq, “Azersun Holdinq”in istehsal etdiyi “Sun Paper” və “Aura” markaları salfet məhsullarının üzərinə UNİCEF-in loqosu və ismarıcı əks etdiriləcək. Holdinqin ayıracağı 25 min manat vəsait ilə uşaqlıq dövrünə xas əlillik hallarının azaldılması layihəsi icra ediləcək. Layihənin müddəti bir ildir.

“Azersun Holdinq”in baş direktoru Ahmet Yeman bildirib ki, bu layihə də holdinqin malik olduğu fəlsəfənin davamıdır: “UNİCEF-ə bizi bu proqramda iştirak etməyə dəvət etdiyinə görə öz minnətdarlığımızı bildiririk və bu təşəbbüsü dəstəkləməkdən məmnunuq. Bu layihə də “Azersun Holdinq”in malik olduğu fəlsəfənin davamıdır. Həyata keçirdiyimiz hər bir layihədə cəmiyyətin inkişafına, insan sağlamlığına böyük həssaslıqla diqqət yetirilir”.

Ahmet Yeman qeyd edib ki, bundan əvvəl də “Azersun Holdinq”in UNİCEF ilə ölkədə yod çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə uğurlu əməkdaşlığı olub.

Qeyd edək ki, Azərbaycanda 60 000 əlilliyi olan uşaq qeydiyyata alınıb. Ölkəmizdə əlillik hallarının əksəriyyəti körpənin anadan olduğu və ya erkən uşaqlıq dövründən qaynaqlanır.