Azərbaycan şirkətləri Dehli sərgisində

azerbaycan-sirketleri-dehli-sergisinde
Oxunma sayı: 938

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi – SATTE 2018 sərgisində iştirak edir. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bagırov imzalama zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək. “Bizim assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən ibarətdir. Azərbaycanın milli aviaşirkləti olan AZAl-da bizim təşkilatın üzvüdür, bundan başqa təxminən 242 turzim şirkəti və 110 otel aktiv üzvlərimiz var. Buna görə də, əməkdaşlığımızın uğurlu olacağına ümid edirəm”.