Azərbaycan-Slovakiya matçında “istefa” sədaları

Azərbaycan-Slovakiya matçında “istefa” sədaları
Oxunma sayı: 2124

Bu dəqiqələrdə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Slovakiya yığmasını qəbul edir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın gedişində millimizin 1:5 hesabı ilə geridə düşməsi azarkeşlərin etirazına səbəb olub. Belə ki, “Bakcell Arena”ya toplaşan fanatlar rəqibin hər qolundan sonra istefa şuarı səsləniriblər. Onlar AFFA-nın baş katibi Elxan Məmmədovun istefasını tələb ediblər.

Qeyd edək ki, nəticədən narazı olan azarkeşlərin bir çoxu ilk hissədən sonra matçın keçirildiyi arenanı tərk ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi