Azərbaycan Sudana hərbiçi göndərəcək

azerbaycan-sudana-herbici-gonderecek
Oxunma sayı: 2516

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər  verir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, layihə ölkə prezidentinin imzası ilə  Milli Məclisə təqdim olunub: “Bu sənədlə Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir.

Ümumiyyətlə, layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq”. 

O, eyni zamanda BMT-yə Azərbaycanla bağlı çağırış edib: “Biz neçə illərdir ki, dünyada sülhyaratma prosesində iştiak edirik. Bu, bizim bir daha BMT-nin nizamnaməsinə sadiqliyimizi göstərir. Eyni zamanda istəyirik ki, BMT özünün Azərbaycana aid qəbul etdiyi qətnamələrin icrasına məsuliyyətlə yanaşsın”.

 Günel Türksoy