Azərbaycan sufiliyinin geneologiyası təqdim olunub

azerbaycan-sufiliyinin-geneologiyasi-teqdim-olunub
Oxunma sayı: 636

Dini komitədən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir çərçivəsində artıq bir neçə maraqlı məruzələr dinlənilib. Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Əhməd Niyazov seminar iştirakçılarına Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin (ə) müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müridilik hərəkatı haqqında maraqlı faktları da toplaşanların diqqətinə çatdırıb. Ə.Niyazov bildirib ki, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikirin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib.

Eyni zamanda məruzəçi təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, hazırda əks proseslər müşahidə edilir: Şimali Qafqazda baş qaldıran və vüsət alan radikallıq Azərbaycana sirayət edir, İslamın saflığına və aliliyinə zərbə vuran, ləkə salan bu ideyaların daşıyıcıları məmləkətimizdə söz sahiblərinə çevrilirlər. Ə.Niyazov bu kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini xüsusi ilə vurğulayıb.