Azərbaycan Tailand, Vyetnam, Sinqapur və Zimbabvedən geridə

azerbaycan-tailand-vyetnam-sinqapur-ve-zimbabveden-geride
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qitələr üzrə ən güclü liqaların adları açıqlandıqdan sonra dünyanın ən güclülərini müəyyənləşdirən ümumi siyahı açıqlanıb. Avropada 48 ölkə arasında 44-cü olan Azərbaycan dünyanın 129 futbol ölkəsi arasında 93-cü sırada qərarlaşaraq Malayziya, Lebanon, Tailand, Vyetnam, Panama, İordaniya, Sudan, Sinqapur, Hindistan, Zimbabve, Qətər kimi ölkələrdən geri qalıb.

Dünyanın ən güclü milli çempionatı isə İngiltərə premyer-liqası olub. İlk “onluq”da Avropanın 7, Cənubi Amerikanın 3 təmsilçisi yer alıb.
1. İngiltərə
2. İspaniya
3. İtaliya
4. Braziliya
5. Almaniya
6. Fransa
7. Argentina
8. Hollandiya
9. Portuqaliya
10. Meksika


Ceyhun Əhmədov