“Azərbaycan tarixi” yenidən yazıldı

azerbaycan-tarixi-yeniden-yazildi
Oxunma sayı: 646

Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, yeni üçcildlikdə ən qədim zamanlardan yaşadığımız günlərədək Azərbaycan tarixinin ən mühüm məsələləri öz əksini tapacaq.

Nəşr olunacaq yeni "Azərbaycan tarixi"ndə Azərbaycan tarixinin indiyədək təhrif edilmiş və qəsdən saxtalaşdırılmış problemlərinə yeni baxış əsas götürüləcək. Kitabda tariximizin indiyədək araşdırılmamış məsələləri də geniş şəkildə işıqlandırılacaq.

Üçcildliyin nəşri ilə bağlı elmi konsepsiya üzərində iş artıq başa çatmaq üzrədir.
Məlumata görə, üçcildlik yeni "Azərbaycan tarixi"nin 1-ci cildi ən qədim zamanlardan XVIII əsrin 30-cu illərinədək olan dövrü, 2-ci cildi 1736-1917-ci illəri, 3-cü cildi isə 1918-2012-ci illəri əhatə edəcək. Kitabda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə dair materiallar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən böyük quruculuq-abadlıq işləri geniş işıqlandırılacaq.
Yeni "Azərbaycan tarixi" müxtəlif dövrlərə aid xəritələr, illüstrasiyalar, mənbələr və ədəbiyyat siyahısı ilə tamamlanacaq.