Azərbaycan Teatrı beynəlxalq təşkilata üzv oldu

Azərbaycan Teatrı beynəlxalq təşkilata üzv oldu
Oxunma sayı: 136

“Qafqazinfo”nun məlumatına görə, YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq Assiteji-nin İcraiyyə Komitəsi Fransada keçirilən qurultayında böyük səs çoxluğu ilə ASSİTEJİ-in üzvlüyünə qəbul edilib. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrı beynəlxalq təşkilatın Azərbaycan Milli mərkəzi elan olunub, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli komitəsinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Milli komitəsinin vəzifələrinə Assitej-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaq daxildir.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi