“Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz”

“Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz”
Oxunma sayı: 2917

Birinci vitse-spiker Ziyafət Əsgərov həmkarlarının Azərbaycan təhsili haqqında neqativ fikirlərinə sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, o, qeyd edib ki, xaricdə təhsil alıb gələn tələbələrlə burada təhsil alanlar arasında fərq qoymaq düzgün deyil: “Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz. Bu kultu yığışdırmaq lazımdır. Xaricdə təhsili fetişləşdirmək düzgün deyil. Mənim 22 tələbəm xaricdə magistr təhsili alıb. Onlardan 18- i qırmızı diplomla magistraturanı bitiriblər. Bizim gözəl təhsilimiz, qabiliyyətli və istedadlı tələbələrimiz var. Bir gün Bakı Dövlət Universitetinin dərslərinə baxın və nəticə çıxarın.

Mən əlbəttə, xaricdə təhsilin tədəfdarıyam. Amma Azərbaycan təhsilinin aşağılanmasını istəmirəm”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi