“Azərbaycan toyu hamı üçün bayramdır” - Fotolar+Video

azerbaycan-toyu-hami-ucun-bayramdir
Oxunma sayı: 3769

Rusiyanın Xalq artisti, opera ulduzu Anna Netrebko növbəti dəfə Bakıya gəlib.

“Qafqazinfo”nun məlumatına görə, onun budəfəki gəlişi sənət fəaliyyəti ilə bağlı olmayıb. Opera ifaçısı həyat yoldaşı, Azərbaycanın Xalq artisi Yusif Eyvazovun vətəninə onun anasının 75 yaşı tamam olması ilə əlaqədar təşkil olunan məclisdə iştirak etmək üçün gəlib.

Daha sonra məlum olub ki, onların Bakıya gəlişi həm də ailə dostlarının toyunda iştirak etmələri ilə bağlıdır. Həmin məclisdən görüntüləri cütlük İnstaqram sosial şəbəkəsində paylaşıb.  

“Azərbaycan toyu hamı üçün bayramdır”, - yarım milyona yaxın sosial şəbəkə izləyicisi olan Anna Netrebko yazıb.