Azərbaycan turistləri Dəmmama gedə biləcəklər

azerbaycan-turistleri-demmama-gede-bilecekler-
Oxunma sayı: 713

Dəmmam şəhərinə uçuşlar 17 iyuldan etibarən Dubay Beynəlxalq hava limanının 2-ci Terminalından həyata keçiriləcək. Artıq flydubai BƏƏ-ni Səudiyyə Ərəbistanı ilə altı istiqamət ilə - Ər Riyad, Cədda, Əl Qassim,Yanbu, Abha və Dəmmam - birləşdirir.
flydubai şirkətini Baş direktoru Qeyt Əl Qeyt deyib ki, Dubay və Dəmmam şəhərlərini mədəniyyət əlaqələri ilə yanaşı, inkişafda olan iqtisadı münasibətlər bağlayır və əminəm ki, yeni istiqamət ticarətin və biznesin inkişafına yeni təkan verəcək.

Dubay-Dəmmam istiqamətində aviabiletlərin qiyməti 114 ABŞ dollarından başlayır. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Dəmmam – Dubay istiqamətinə qiymətlər 105 ABŞ dollarından yuxarıdır. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.
Azərbaycan turistlərinin nəzərinə! Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turizm şirkətlərindən əldə etmək olar.

Nigar Məmmədli