Azərbaycan turistləri Nitsa və Ağadıra uça biləcəklər

azerbaycan-turistleri-nitsa-ve-agadira-uca-bilecekler
Oxunma sayı: 645

RED Communications Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avqust ayının 25-dən etibarən Fransanın cənubunda yerləşən Nitsa şəhərinə, oktyabrın 29-dan isə Mərakeşin məşhur turizm mərkəzi - Ağadır şəhərinə səyahət etmək mümkün olacaq. Artıq biletləri flybmi.com saytında sifariş etmək olar. Nitsaya gündəlik reyslər yayda başlayaraq, oktyabrın 30 -dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Ağadır istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri baş tutacaq. Bundan əvvəl bmi Mərakeşin digər şəhəri – Kasablankaya uçuşların başlanması bəyan edib.

bmi aviaşirkəti gündəlik olaraq Bakıdan Londona birbaşa uçuşlar həyata keçirir. Biletlərin qiyməti 659 avro təşkil edir. Biznes-klass tarifləri ilə uçan sərnişinlər bmi-ın beynəlxalq the Great British Lounge gözləmə zalının imtiyazları ilə faydalana bilərlər. Business Class, bmi Gold və bmi Silver Diamond, həmçinin Star Alliance Gold üzvləri Londonun Xitrou hava limanının birinci terminalında yerləşən ən iri gözləmə zalında yerləşə bilərlər. Burada komfortlu və rahat şəraitdə işləmək, dincəlmək, qəlyanaltı etmək və s. mümkündür.

Biznes klass-la səyahət edən sərnişinlər isə Chauffeur Drive xidməti vasitəsi ilə hava limanından şəhərə və geriyə səfər edə bilərlər.

Nigar Məmmədli