Azərbaycan – Türkiyə duellərini yenə ev sahibləri qazandı

azerbaycan-turkiye-duellerini-yene-ev-sahibleri-qazandi
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan təmsilçiləri “Azərreyl” və “Rabitə” türk klubları ilə qarşılaşıb. İlk 3 oyunda qələbə qazanan “Azərreyl” səfərdə “Vakıfbank TTelekom”la qarşılaşıb. Gərgin keçən oyunda “dəmiryolçular” mübarizəni tay-brekə daşısa da, 5-ci setdə məğlubiyyət qaçılmaz olub. “Rabitə” isə evdə “Fənərbaxça” ilə üz-üzə gəlib və 3:1 hesablı qələbı qazanıb.

Qeyd edək ki, ilk dövrədə “Azərreyl” evdə “Vakıfbank TTelekom”u məğlub etmiş, “Rabitə” isə səfərdə “Fənərbaxça”ya məğlub olmuşdu.

B qrupu
“RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - 3:1 (25:27, 27:25, 25:20, 25:17)
Hakimlər: Harald Sodja (Avstriya), Viktor Kozlovski (Ukrayna)
“Sərhədçi” Olimpiya Mərkəzi

D qrupu
“VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (21:25, 25:14, 25:23, 20:25, 15:12)
Hakimlər: Qoran Qradinski (Serbiya), Marko Seyfrid (Sloveniya)
İstanbul, Burhan Fələk Salonu

Ceyhun Əhmədov