“Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir”

azerbaycan-turkiye-ile-birge-hereket-etmelidir
Oxunma sayı: 635

Proqramın qonağı olan politoloq Mürtəza Həsənoğlu son olayların İranın Azərbaycana qarşı siyasətinin dəyişmədiyini göstərdiyini bildirib: “İran sözdən işə keçib. Göründüyü kimi, Azərbaycan əleyhinə sərt bəyanatların ardınca artıq terror planlarını hərəkətə keçiriblər. Demək, İran Azərbaycan siyasətini dəyişmək fikrində deyil”.

Proqramın digər qonağı olan politoloq Ərəstun Baxşəliyev bir qədər öncə Tehranda keçirilən konfransı xatırladaraq bunları deyib: “Həmin konfransda iranlı ekspertlər azərbaycanlı həmkarları ilə qeyri-rəsmi söhbətlər “bir də gördünüz ki, raketlərimiz Sizin torpaqlara da gəlib çatdı” deyirdilər. Azərbaycanda həbs edilən terrorçu qrup məhz bu siyasətin tərkib hiss hissəsidir”.

Politoloqlar Fransa Senatının “erməni soyqrımının” inkarına qarşı hüququ məsuliyyəti nəzərdə tutan qanun layihəsini təsdiq edəcəyi halda bu ölkənin ATƏT Minsk Qrupundakı həmsədrliyinin davamının mümkün olmayacağını vurğulayıblar. Adı çəkilən qanun layihəsinin birbaşa Azərbaycanın da maraqlarına toxunduğunu bildirən politoloqlar bu məsələdə Azərbaycanın Türkiyə ilə birgə hərəkət etməsi vacibliyini dilə gətirdilər.

Proqramın tamamını aşağıdakı linkdən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=c_1qre7IxVg&feature=youtu.be