Azərbaycan, Türkiyə və İran anlaşdı - Ticarət milli valyutayla...

azerbaycan-turkiye-ve-iran-anlasdi
Oxunma sayı: 1772

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif bu gün İstanbulda altıncı üçtərəfli görüş keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Cavad Zərif milli valyutalarla ticarət etmək məsələsində hər üç ölkənin anlaşdığını elan edib. Onun sözlərinə görə, bu sazişlə iqtisadi əlaqələri xarici müdaxilələrə qarşı qorumaq mümkün olacaq: 

“Hər üç ölkənin nümayəndələrindən ibarət texniki heyət qurduq. Bu heyətlər önümüzdəki 3 ili proqramlaşdırmaq üçün bir araya gələcəklər. Növbəti toplantı İranda keçiriləcək və həmin toplantıya qədər yaxşı plan hazırlamaqlarını istədik”.