“Azərbaycan Türkiyəni heç vaxt narahat etməz” - Səfir

azerbaycan-turkiyeni-hec-vaxt-narahat-etmez
Oxunma sayı: 977

"Azərbaycan müstəqil dövlət kimi istədiyi ölkə ilə münasibət qura bilər". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın İsraillə münasibətlərini rəsmi Ankaranı narahat etməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan Türkiyəni heç vaxt narahat etməz, Türkiyə də Azərbaycanı:

"Bizim qardaşlıq münasibətlərimiz heç bir şeyə bənzəməz. Bir-birimizi narazı salacaq heç bir şey ola bilməz".

Murad Əhməd