Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini artırmayacaq

azerbaycan-turkiyeye-satdigi-qazin-qiymetini-artirmayacaq
Oxunma sayı: 632

“Qafqazinfon”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri nəzarət-səhm paketi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Türkiyənin “Petkim” neft-kimya holdinqinin idarə heyətinin sədri Vaqif Əliyev Davosda Dünya İqtisadi Forumundakı çıxışında bildirib.

Azərbaycan qazının Türkiyəyə digər ölkələrə nisbətən ucuz satıldığını deyən V.Əliyev iki ölkə arasında ötən il imzalanan qaz sazişinin Türkiyəyə böyük bir üstünlük verdiyini bildirərək əlavə edib ki, BOTAŞ-ın bu sazişdən 1,7 milyard dollar illik gəlir əldə etməsi proqnozlaşdırılır.