Azərbaycan Universiteti beynəlxalq çempionatda üçüncü olub

azerbaycan-universiteti-beynelxalq-cempionatda-ucuncu-olub
Oxunma sayı: 641

Azərbaycan Universitetinin IT komandası beynəlxalq “Golden Byte” (Qızıl Bayt) çempionatının dünya finalını üçüncülüklə yekunlaşdırıb. Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) ibarət komanda Ukraynanın  paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq müsabiqədə “Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə “Internet of things - İnnovasiya layihələri” nominasiyası üzrə mübarizə aparıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, komanda yarışmanın aprel ayında keçirilən ölkə finalında birinci yeri tutaraq dünya finalında yarışmaq hüququ əldə edib.

Beynəlxalq çempionat STEP Kompüter Akademiyasının (STEP IT Academy) təşkilatçılığı ilə 9 ildir ki, keçirilir. Azərbaycanın müsabiqədə ilk dəfədir ki, iştirak edir. “Golden Byte 2017” üçün yalnız Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçib, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər yüksəlib.

Layihələr 8 fərqli nominasiyada təqdim olunub:

Start Up Сhallenge

Web Project

Game Design

Character Design

Mobile Development

Internet of things

10-17 yaş arası iştirakçılar üçün Junior Competition

Təqdim olunmuş layihələrin əsas mövzusu “Invent. Create. Change” (İcad et. Yarat. Dəyiş”) olaraq müəyyənləşdirilmişdi.

Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdir.