Azərbaycan Universiteti beynəlxalq tədbirin həmtəşkilatçısıdır

azerbaycan-universiteti-beynelxalq-tedbirin-hemteskilatcisidir
Oxunma sayı: 1433

Azərbaycan Universiteti noyabrda Türkiyənin Kocaeli Universitetində keçiriləcək IV Avropa İqtisadi Konqresinin həmtəşkilatçılarından biridir. 15-17 noyabr tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq tədbirin digər tərəfdaşları isə Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.

"Qafqazinfo" xəbər verir ki, universitetin rektoru Səadət Əliyeva təşkilat komitəsinin fəxri sədrlərindən biri seçilib. Elmi işlər üzrə prorektor Yusif Qasımov və universitetin professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov və Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva təşkilat komitəsinin üzvləridir.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş plenar məruzələri dinləniləcək və müxtəlif istiqamətlərdə təşkil edilən sessiyalarda müzakirələr keçiriləcəkdir.

Bu seriyadan olan ilk beynəlxalq tədbir 2017-ci ilin martında keçirilib və gənclərin məşğulluğu məsələlərinə həsr olunub. Bu tədbirə 30 ölkədən 300-ə yaxın iştirakçı cəlb olunub. 

Beynəlxalq tədbirin beşincisinin isə 2019-ci ildə Azərbaycan Universitetində keçirilməsi planlaşdırılır