Azərbaycan Universiteti boş qalan plan yerlərinə qəbul elan edir

azerbaycan-universiteti-bos-qalan-plan-yerlerine-qebul-elan-edir
Oxunma sayı: 2684

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir. “Qafqazinfo” xəbər verir ki, Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

Qəbul aparılan ixtisasların siyahısı

155114 Kompüter mühəndisliyi (Az.) – 17 yer - 2500 manat

155163 İqtisadiyyat (Az.) - 23 yer - 2000 manat

155188 Menecment (Az.) – 16 yer - 2000 manat

155139 Mühasibat uçotu və audit (İng.) – 20 yer - 2500 manat

155155 Maliyyə (İng.) – 18 yer - 2500 manat

155171 İqtisadiyyat (İng.) – 19 yer - 2500 manat

155196 Menecment (İng.) – 20 yer - 2500 manat

155228 Marketinq (İng.) – 2 yer - 2500 manat

155244 Biznesin idarə edilməsi (İng.) – 1 yer - 2500 manat

* Bütün ixtisaslar üzrə təhsialma forması əyanidir.

* Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.

* Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.

* Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, orta

müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.

* Azərbaycan Universiteti tərəfindən təsis olunmuş “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

* 2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Universitetinə ödənişli əsaslarla qəbul olmuş 600 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.

* Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

* Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil ödənişindən azaddırlar.

Daha ətraflı məlumat üçün

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel.: 055 220 40 58

Sayt: www.au.edu.az

E-poçt: [email protected]

Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv