Azərbaycan Universiteti bu il 5 elmi konfrans keçirəcək

Azərbaycan Universiteti bu il 5 elmi konfrans keçirəcək
Oxunma sayı: 276

Azərbaycan Universitetində 2019-cu il ərzində 2-si beynəlxalq, 3-ü isə respublika miqyaslı olmaqla 5 elmi konfransın keçirilməsi planlaşdırılır. 

"Qafqazinfo" xəbər verir ki, 15 mart tarixində keçiriləcək “Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransı”nın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır. 

Azərbaycan Universiteti 25-27 aprel tarixlərində “V Avropa İqtisadi Konqresi”nə evsahibliyi edəcək. Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir. 

Mayda keçiriləcək  “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: Problemlər və perspektivlər” respublika konfransı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” respublika konfransı isə oktyabr ayında keçiriləcək. 

2019-cu ilin son konfransı isə “Gender problemi və müasir Azərbaycan” olacaq. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi