Azərbaycan Universiteti Konfutsi İnstitutu ilə əməkdaşlığa başlayır

Azərbaycan Universiteti Konfutsi İnstitutu ilə əməkdaşlığa başlayır
Oxunma sayı: 808

Azərbaycan Universiteti ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verilməsi istiqamətində birgə tədbirlərin hə yata keçirilməsi və təhsil əlaqələrinin inkişaf etdirilməsidir.  

Sənədə əsasən tərəflər Azərbaycan Universiteti ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsinin aparılması, Azərbaycan Universitetinin tələbələri üçün Çin dili kursu üzrə yay və qış məktəblərinin təşkili, Çin dilinin Azərbaycan Universitetinin tədris planına ikinci xarici dil kimi daxil edilməsi, Azərbaycan Universitetinin tələbələrinə Çin dili üzrə HSK (Hanyu Shuiping Kaoshi)  və HSKK (Hanyu Shuiping Kouyu Kaoshi) imtahanlarına hazırlıqda köməklik göstərilməsi və başqa bu kimi sahələrdə əməkdaşlıq edəcək. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi