Azərbaycan Universiteti məzun gününü qeyd etdi

Azərbaycan Universiteti məzun gününü qeyd etdi
Oxunma sayı: 129

“Qafqazinfo”nun məlumatına görə, Gənc Tamaşaçılar Teatrında baş tutan tədbir universitetin himni ilə başladı. Daha sonra ail təhsil ocağının rektoru Aslan Qəhrəmanov çıxış etdi. Universitetin bu il həm də 20 illik yubileyinin qeyd olunduğunu vurğulayan rektor tədbiri açıq elan etdi. Bundan sonra Azərbaycan Universitetinin fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olundu. Azırbaycanın mədəniyyət və incəsənət xadimləri, universitetin müəllim və tələbə heyətinin iştirakm etdiyi tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov və Əli Mənsimli də çıxış etdilər. Onlar Azərbaycandakı ilk özəl universitetin təhsildə rolundan danışdılar, məzunları təbrik edib, uğurlar arzuladılar.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi