Azərbaycan Universitetində Beynəlxalq Tələbə günü qeyd edilib

azerbaycan-universitetinde-beynelxalq-telebe-gunu-qeyd-edilib
Oxunma sayı: 1571

17 noyabr - Beynəlxalq Tələbə günü Azərbaycan Universitetində kitab aksiyası ilə qeyd edilib. Aksiya çərçivəsində dərs zamanı müəllimlər  tərəfindən universitetin ictimai həyatında fəallıq nümayiş etdirən  və yüksək nəticələrlə oxuyan tələbələrə kitab hədiyyə olunub.

"Qafqazinfo" xəbər verir ki, dərslərdə tələbələrə günün tarixi və təsis olunması ilə bağlı məlumat da çatdırılıb. Bildirilib ki, Beynəlxalq Tələbə günü Çexiyada 1939-cu ildə faşist qoşunlarının vəhşiliyinə məruz qalan tələbələrin edam olunmasının ehtiramla xatırlanması, xatirələrinin əbədiləşdirilməsi  məqsədi ilə 1946-cı ildən bəri qeyd olunur.

Müəllimlər  özəl gün münasibətilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıblar.