Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub
Oxunma sayı: 779

Azərbaycan Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qeyd olunub ki,  Azərbaycan bayrağı Azərbaycan xalqının keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün simvollarını özündə əks etdirir.

“Qafqazinfo” xəbər verir ki, tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Universiteti rektorunun müşaviri Nüşabə Quliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, üçrəngli dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və əzizdir.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev çıxışında 27 aprel 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağının vətənə qaytarılmasının tarixi haqqında danışıb.

Əfqan Vəliyev bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və onun  tapşırığı ilə həmin bayrağın ölkəyə gətirildiyini bildirib. Qonaq qeyd edib ki, Prezident İlham Əliyevin bu tapşırığı və onun 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında sərəncamı, Cümhuriyyətin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi dövlət başçısının bayrağımıza, dövlətçilik tariximizə, AXC-nin qurucularına olan hörmət və ehtiramından irəli gəlir. Əfqan Vəliyev deyib: “Bütün mühacirlərin arzusu bu bayrağın bir an öncə Azərbaycana gətirilməsi və ölkə rəhbərliyinə təqdim edilməsi olub. Bu gün cümhuriyyətin bütün qurucularının və fəallarının, Mirzə Bala Məmmədzadənin ruhu şaddır. Çünki, bayrağımız əmin əllərdədir”.

Tədbirin bədii hissəsində isə tələbələr bayrağı tərənnüm edən şeir və musiqi nömrələri ilə çıxış ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi