Azərbaycan Universitetində Heydər Əliyev anılıb

azerbaycan-universitetinde-heyder-eliyev-anilib
Oxunma sayı: 1426

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirin qonağı Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla olub.

"Qafqazinfo" xəbər verir ki, anım mərasimində qeyd olunub ki, hər bir xalqın tarixində onun taleyini və yolunu müəyyənləşdirən, kritik dövrlərdə və taleyüklü məsələlərin həllində xalqı öz arxasınca apararaq, xoşbəxtlik və səadətə qovuşduran dahi şəxsiyyətlər var. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev xalqımızın tarixinə adı qızıl hərflərlə yazılmış belə dahi şəxsiyyətlərdəndir. 

Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, beynəlxalq aləmdə öz yerini və mövqeyini möhkəmləndirir. 

Sonda tədbir iştirakçıları ümummilli liderə həsr olunan sənədli film izləyiblər.