Azərbaycan Universitetində Hüseyn Cavidin yubileyi qeyd olunub

azerbaycan-universitetinde-huseyn-cavidin-yubileyi-qeyd-olunub
Oxunma sayı: 1031

Azərbaycan Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması, şair, yazıçı və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Hüsnü-xuda şairi” adlı tədbirdə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutduğu qeyd olunub. Kafedranın müdiri Ülviyyə Rəhimova bildirib ki, tariximizin ən çətin dövründə yaşayıb yaradan, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşən Hüseyn Cavid XX əsrin nadir sənətkar və görkəmli şəxsiyyətlərindəndir. 

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan çıxışında Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı və fikir tarixindəki yeri, əsərlərinin strukturu, janr xüsusiyyətləri haqqında məlumat verib.

Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına onu dünya arenasına tanıdan əsərlər bəxş etdiyini diqqətə çatdırıb. Kamran Əliyev deyib: “Şekspir dramaturgiyası kimi Hüseyn Cavidin də əsərləri dünyanın bütün teatr səhnələrinə yaraşır”.