Azərbaycan Universitetində “Karyera Günü” keçirilib

azerbaycan-universitetinde-karyera-gunu-kecirilib
Oxunma sayı: 672

Azərbaycan Universitetində “Karyera Günü” keçirilib. Bu il üçüncüsü təşkil olunan ənənəvi tədbidə müxtəlif profilli şirkət və müəssisələr təmsil olunub.

"Qafqazinfo" xəbər verir ki, bank, inşaat, pərakəndə, IT və s. kimi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlər və dövlət orqanları tələbələrə vakansiya, təcrübə və iş imkanlarını təklif edib, işə qəbul prosesi və mərhələləri haqqında məlumat veriblər.

“Karyerada ilk addım” devizi ilə reallaşdırılan tədbirin məqsədi iş axtarışına başlamaq üzrə olan gənclərlə biznes qurumları və dövlət orqanları arasında vasitəçi olmaqdır.