Azərbaycan Universitetində respublika konfransı keçirilib

Azərbaycan Universitetində respublika konfransı keçirilib
Oxunma sayı: 406

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” mövzusunda respublika konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının müdiri, prof. Ləzifə Qasımova çıxış edərək konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulayıblar.

Plenar iclasda prof. Yusif Qasımovun “Elm-təhsil-sənaye: müasir çağırışlar” mövzusunda plenar məruzəsi dinlənilib. Y.  Qasımov Prezident İlham Əliyev tərəfindən “neft kapitalını insan kapitalına çevirmək” ideyasının irəli sürüldüyünü xatırladaraq keyfiyyətli insan kapitalının yaradılmasının yolunun bütün pillələrdə yüksək səviyyəli təhsildən keçdiyini vurğulayıb.

Fasilənin ardından konfransın işi bölmə iclaslarında davam edib. Bölmələrdə Azərbaycan təhsilində kurikulum çərçivə sənədi və pedaqoji kadr hazırlığı məsələləri, dil kimliyi elm və təhsil kollaborasiyası aspektində, ümumi təhsildə məzmun islahatları, təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi və digər bu kimi aktual məsələlər müzakirə edilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi