Azərbaycan Universitetindən KSM layihəsi

azerbaycan-universitetinden-ksm-layihesi
Oxunma sayı: 654

Azərbaycan Universitetinin Sosial iş fakültəsi tərəfindən icra olunan Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində 17-25 yaş arası fiziki əlilliyi olan üç gənc bu ali təhsil müəssisəsində ödənişsiz formada və “dinləyici tələbə” qismində təhsil alır. “Azərbaycan Universiteti Sosial Məsuliyyətini Dərk Edir” layihəsi ilə gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlara yiyələnmələri təmin edilir.

"Qafqazinfo" xəbər verir ki, artıq birinci semestri yekunlaşdırmaq üzrə olan gənclər “Practical English-1,2,3”, “İnformatika”, “Kompüter qrafikası”, “Veb proqramlaşdırma” və “Mühasibata giriş” fənlərində iştirak edirlər. Onlar daha iki semestr oxuyacaqlar.

2018-ci ildə yekunlaşacaq layihənin məqsədi fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində  bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaq, həmçinin işlə təmin olunma imkanlarını genişləndirməkdir.

Layihənin icrası başa çatdıqdan sonra “dinləyici” statusunda olan tələbələr müvafiq fənlərdə iştirak etdiklərinə dair sertifikat alacaq, eyni zamanda layihə komandası tərəfindən yiyələndikləri bilik və bacarıqlara uyğun iş tapmalarına dəstək veriləcəkdir.  

Tel: (+99412) 431 41 12 (133,136)

www.au.edu.az
www.facebook.com/AzerbaycanUnv
www.youtube.com/user/AzerbaijanUnv
www.twitter.com/AzerbaijanUnv