Azərbaycan Universitetinin tələbələrinin uğuru

azerbaycan-universitetinin-telebelerinin-uguru
Oxunma sayı: 1813

Azərbaycan Universitetinin Tərcümə (İngilis dili), Sosial iş, Maliyyə, Mühasibat uçotu və Dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri PTE (Pearson Test of English) tərəfindən təşkil olunan imtahanlarda müvəffəqiyyət əldə edərək beynəlxalq dil sertifikatını almağa nail olublar.

“Qafqazinfo” xəbər verir ki, danışıq və yazı olmaqla iki mərhələdən ibarət olan imtahanda iştirakçıların Intermediate (CEFF B1) səviyyəsi üzrə bilik və bacarıqları yoxlanılıb. Tələbələrə Intermediate (CEFF B1) səviyyəsi üzrə PTE dil sertifikatları Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova tərəfindən təqdim olunub.

Qeyd edək ki, PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edənən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti 2017-ci ildə PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub.

Beynəlxalq sertifikat alan tələbələrin siyahısı

Nigar Rəhimova , Tərcümə (İngilis dili), III kurs

Nurlan Vəlizadə, Tərcümə (İngilis dili), II kurs

İslam Şirəliyev, Tərcümə (İngilis dili), II kurs

Kamran Kərimov, Sosial iş, II kurs

Qoşqar Əhmədov, Mühasibat uçotu və audit, II kurs

Hüseyn Şahbazlı, Mühasibat uçotu və audit, II kurs

Ayaz Mirzəyev, Maliyyə, III kurs

Nicat Zeynalov, Maliyyə, III kurs

Nadir Vəlizadə, Dünya iqtisadiyyatı, II kurs