Azərbaycan Universitetinin tələbəsi II yerə layiq görülüb

azerbaycan-universitetinin-telebesi-ii-yere-layiq-gorulub
Oxunma sayı: 1050

Azərbaycan Universitetinin (AU) İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Sərxan Abbaszadənin rəhbərlik etdiyi “LC Game studio” komandası “Game Jam” müsabiqəsində II yerə layiq görülüb.

"Qafqazinfo" xəbər verir ki, müsabiqə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edib. Komandanın üzvləri müsabiqədə yaratdıqları “Mirror Man” adlı mobil oyun (APK) ilə yarışıblar.

Qaliblərin mükafatlandırılması mərasimində ilk 3 yeri tutan komandalar pul mükafatı, qiymətli hədiyyələr və müvafiq sertifikatlarla təltif olunublar.

Müsabiqədə iştirak etmək üçün 53 komanda qeydiyyatdan keçib. Onlarda 42-si təlimlərdə iştirak etmək hüququ qazanıb,  7 komanda isə final mərhələsində mübarizə aparıb.

Təlimlərdə iştirak etmək hüququ qazanan komandaların iştirakçılarına  ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlimlərdən sonra iştirakçılar tərəfindən oyunlar yazılıb və 7 yanvar tarixində onlar münsiflər heyətinə nümayiş olunub. Finala vəsiqə qazanan komandalar məhz münsif səsverməsi ilə müəyyənləşdirilib.

Müsabiqəsinin keçirilməsində məqsəd də bu sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.