Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Uruqvaya nota verib
Oxunma sayı: 1343

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə yaradılan qanunsuz rejimin qondarma “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlara münasibət bildirib. 

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib:

"Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.

Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı Səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan Səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi