Azərbaycan və Anqola arasında bəzi məsələlər müzakirə olunub

azerbaycan-ve-anqola-arasinda-bezi-meseleler-muzakire-olunub
Oxunma sayı: 929


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın Afrika qitəsi ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycan ilə Anqola arasında siyasi, iqtisadi, ticarət və enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Nazir iki ölkə arasında təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması sahəsində də əməkdaşlığın mümkünlüyünü qeyd edib.

M.D.Aquşto ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsinin aparılmasına önəm verdiyini deyərək, Azərbaycanın hələ Sovet İttifaqı dönəmində Anqoladan olan mütəxəssislərin hazırlanmasında yaxından iştirak etdiyini və hazırda ADA Universitetində Anqoladan olan tələbələrin təhsil aldığını bildirib.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.