Azərbaycan və Avstriya arasında memorandum imzalanıb

azerbaycan-ve-avstriya-arasinda-memorandum-imzalanib
Oxunma sayı: 655

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, memorandumda tərəflərin ən qabaqcıl milli təcrübələrini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində səylərinin birləşdirilməsini, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasını nəzərdə tutulub.
Memoranduma əsasən, iki nazirlik arasında əmək və məşğulluq sahələrində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və iş axtaran vətəndaşların, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupların məşğulluq imkanlarını yaxşılaşdıran aktiv əmək bazarı siyasətinin inkişaf etdirilməsi, onlar üçün əmək bazarının tələblərinə uyğun peşə təliminin təşkili sahələrində əməkdaşlığın həyata keçirilməsi barədə razılığa gəlinib.

Sənəddə həmçinin, əlilliyi olan insanların tibbi və sosial problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi olan insanlar üçün peşə təlimi və reabilitasiyanın təşkili məsələlərini nəzərdə tutan əlillik siyasətinin inkişaf etdirilməsi, risk qruplarının inteqrasiyası üzrə tədbirlərin görülməsi, ahıl insanlar və əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupları üçün sosial xidmətlərin təşkili və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi məsələsi də əksini tapıb.

Gülnar