Azərbaycan və çeçen avtoritetləri arasında atışma – Oğru dünyası

azerbaycan-ve-cecen-avtoritetleri-arasinda-atisma-ogru-dunyasi
Oxunma sayı: 1732

Sankt-Peterburqda “Music bar 11” gecə klubunda ötən həftə baş verən və azərbaycanlıların da adının hallandığı hadisə ilə bağlı maraqlı məlumatlar yayılıb. Rusiya mətbuatının məlumatına görə, hadisə nəticəsində bir çeçen öldürülüb.

“Qafqazinfo”nun AzNews.az-a istinadən məlumatına görə, hadisədə 42 yaşlı avtoritet, Tambov qruplaşmasının rəhbəri Leonid Xristoforovun da adı çəkilir. Hazırda rus mafiyasının üzvü kimi İspaniya polisindən gizlənən Xristoforov İnterpol tərəfindən axtarışdadır. Ancaq Rusiya Xristoforovu İspaniyaya təhvil verməkdən imtina edir.

Hadisəyə Şəmkirdən olan azərbaycanlılar arasında böyük nüfuza malik olan azərbaycanlı avtoritet Qaraca Zamanovun da müdaxilə etdiyi vurğulanır. Bu şəxsin bundan əvvəl törədilən bir neçə ağır cinayətdə əli olduğu bildirilir. Onun spirtli içki bazarına nəzarətlə bağlı mübahisəsinin yarandığı 31 yaşlı Adəm Quliyevə 5 güllə vurğudu da yayılan məlumatlar arasındadır. Həmin hadisədə daha 5 azərbaycanlının müxtəlif dərəcəli güllə yaraları aldığı da mətbuat tərəfindən vurğulanır.

Dekabrın 16-da gecə klubunda baş verənlərə gəlincə isə, hələlik azərbaycanlıların çeçenlərlə mübahisəsinin təfərrüatları açıqlanmır. Ancaq bəzi videogörüntülərdə Çeçenistandan olan bir nəfərin klubdan çıxdığı və 4 azərbaycanlının da ona yaxınlaşdığı görünür. Şahidlər bildirib ki, azərbaycanlılar və çeçenlər əvvəlcə əlbəyaxa döyüşüblər. Lakin sonradan silaha əl atılıb. 3 nəfər Adəm Daşayevə atəş açıb və o, yerindəcə keçinib.

Dekabrın 17-də isə Çeçenistandan həlak olan şəxsin yaxınları gəlib. Bəzi məlumatlara görə, bu günlərdə Rusiyada azərbaycanlılar və çeçenlər arasında mübahisə qızışa bilər.

Hüquq-mühafizə orqanlarının da hadisələrin gedişini izlədiyi, ancaq vəziyyətə nəzarət etdiyi bildirilir.