Azərbaycan və çeçen rəsmiləri görüşdü - Video

azerbaycan-ve-cecen-resmileri-gorusdu
Oxunma sayı: 5820

Fevralın 14-də Moskvada “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentdən sonra bu gün Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Çeçenistan prezidentinin köməkçisi Adam Delimhanov iştirak edir.

Tərəflər ortaq bəyanatlarında məişət səviyyəsində baş vermiş hər hansı bir problemin Azərbaycan və Çeçenistan arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyini bildiriblər.

Görüşdən görüntüləri Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov paylaşıb.